AZ

Gürcüstanda seçkilərin nəticələri Qərb dairələrinin planlarını puç etdi - Deputat

Bakı. Trend:

Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri hərzaman region ölkələrində hakimiyyətləri yönəltməyə çalışan Qərbdairələrinin planlarını puç etdi.

Bunu Trend-ə Milli Məclisindeputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, gürcü xalqı "Gürcü arzusu" partiyasına səsverərək öz gələcəklərini zəmanət altına almış oldular və ölkələrinibu cür dairələrin məkrli planlarından qorumuş oldular.

“Gürcüstanda yaşayan soydaşlarımız da seçkilərdə aktiv iştirakedərək "Gürcü arzusu" partiyasına dəstək göstərdilər.Azərbaycanlılar, ümumilikdə Gürcüstan xalqı müharibəyə, daxiliqarşıdurmaya, milli-mənəvi dəyərlərin deqradasiyasına deyil, sülhə,inkişafa, ənənələrə və milli dəyərlərin təntənəsinə səs verdilər”,- deyə deputat bildirib.

A.Həsənova qeyd edib ki, Qərb dairələrinin daxili işlərinəmüdaxilə etdiyi ölkələrdə vəziyyətin nə qədər acınacaqlı olduğu hərkəsə yaxşı məlumdur. “Bu gün elə bir çox bölgələrdə baş verənmüharibələr və münaqişələr məhz bu dairələrin müdaxiləsinin, özəlatılarını hakimiyyətə gətirməsinin acı nəticələridir. EləErmənistan özü də bu gün həmin dairələrin təsiri altındadır. Başnazir Nikol Paşinyanın gürcüstanlı həmkarına məktubunda da bu aydınsezilirdi. Həmin dairələr eyni məkrli planları Gürcüstanda dahəyata keçirmək istəyirdilər.

Lakin gürcü xalqı və eləcə də orada yaşayan soydaşlarımız bunaimkan vermədilər. Qonşu ölkə olaraq Azərbaycanla Gürcüstan arasındahər zaman sıx və mehriban qonşuluq əlaqələri mövcud olub.Gürcüstanda satibitlik və inkişaf həm Azərbaycan, həm də regionüçün vacib əhəmiyyət kəsb edib. Hesab edirəm ki, bu seçkilərdənsonra iki ölkə arasında münasibətlər və əməkdaşlıq daha da inkişafedəcək və möhkəmlənəcək.

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyətəbrik məktubu ünvanlayaraq seçkilərin nəticələrinin tarixəndostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamışxalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstandövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda vədaha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha damöhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə etdi. Eyni zamandadövlət başçısının Gürcüstanın Baş nazirini Azərbaycana rəsmi səfərədəvət etdi. Düşünürəm ki, səfərin reallaşması iki ölkə arasındaəlaqələrin inkişafında yeni bir mərhələ olacaq”, - deyə o əlavəedib.

Seçilən
52
az.trend.az

1Mənbələr