AZ

Rusiya mallarının Avropadakı əsas alıcısı bəlli oldu

Avqust ayının nəticələrinə görə, Slovakiya Avropa İttifaqı daxilində Rusiyadan malların ən böyük alıcısı olub. Ölkə ilk dəfə olaraq birinci sırada yer alıb. 

Valyuta.az xəbər verir ki, bu barədə “Eurostat”ın məlumatlarından bəlli olur.

Yayın sonunda Slovakiya Rusiyadan aldığı məhsulları 2,1 dəfə artırıb. Nəticədə, idxalın həcmi €320,9 milyon avroya çatıb.

Avqust ayında Rusiyadan mallar idxalında ikinci yerdə €319,2 milyonla İtaliya, üçüncü yerdə isə €300,3 milyonla Macarıstan qərarlaşıb.

Bununla yanaşı, Rusiyanın Aİ-də əsas ticarət tərəfdaşı olaraq Almaniya qalmaqda davam edir. Avqust ayında ölkələr arasındakı ticarət dövriyyəsi €696,3 milyon (-17%) təşkil edib. İtaliya €611 milyon (-26%) və Niderland isə €412 milyon (-110%) ilə növbəti yerlərdədir.

Avqust ayının nəticələrinə əsasən Slovakiya Rusiyanın Avropadakı əsas ticarət tərəfdaşları siyahısında 13-cü yerdən altıncı yerə yüksəlib.

Rusiyanın Avropa ilə ümumi ticarət dövriyyəsi avqust ayında demək olar ki, €1 milyard azalaraq 1999-cu ildən bəri minimum səviyyəyə enib.

Nicat

Seçilən
56
valyuta.az

1Mənbələr