AZ

"HEÇ OLMASA, TƏŞKİL EDİB BOŞ YOLLARA VELOSİPEDÇİ ÇIXARIN!"

 «Deməkdən dilimiz qabar, yazmaqdan kompüterimiz qızıb əriyib…

Bu şəhərin onsuz da dar yollarını velosipedə, parklamaya və avtobuslara ayırıb fərdi minik avtomobillərinə və taksilərə problem, əslində, zülm yaşatmağa dəyərmi? Niyə axı sürücülərin qanunvericilikdə nəzərdə tutulmuş rahat yolundan kəsib özünüzə parkovka, bəzək üçün velosiped, BUS üçün yol ayırırsınız?».

Bu sözlər Afrikada adını unutduğumuz bir ölkənin vətəndaşı tərəfindən «Təzadlar»a göndərilən elektron məktubdandır. Günü tıxacda keçən vətəndaş sonra belə bir maraqlı təklif də verib: «…Bu qarmaqarışıqlıq içində heç velosipedin yeridir? Üçzolaqlı yolun sağdakı zolağını velosipedə, solundakını avtobusa ayırmısınız… Şəhərdəki bu bomboş zolaqlarda barmaqla sayılacaq qədər velosipedə rast gəlinir. Özünüzü niyə güldürürsünüz bu qara camaata?! Heç olmasa, təşkil edin, velosiped zolaqlarına 10-10 velosipedçi buraxın ki, camaat da görüb sakitləşsin, əsəbləşməsin. Yoxsa, saatlarla tıxacda qalanlar bomboş velosiped yolunu görüb hirsindən hər gün dərman içir… Xəbəriniz yoxdur, apteklərdə əsəb dərmanlarının qiyməti ikiqat qalxıb… İkincisi, niyə imkan vermirsiniz ki, ictimai nəqliyyat olan taksilər avtobus yolundan istifadə etsin. Axı bu şəhərdə on minlərlə taksi var, onlar fərdi avtomobil yolundan çəkilsə, tıxaclar da azalar…».

Nə isə… Nə yaxşı ki, belə şikayətnamələr Bakıda yox, Afrikadadır. Yoxsa…

A.Məmmədli

Seçilən
66
tezadlar.az

1Mənbələr