Taylandda keçirilən “Miss Grand International” gözəllik yarışmasında maraqlı hadisə yaşanıb.
Medianews.az xəbər xəbər verir ki, iddialı namizədlərdən biri olan Miss Myanmar Thae Su Nyein ikinci yeri tutduğu üçün əsəblərinə hakim ola bilməyib.
Nəticələr açıqlandıqdan sonra səhnədə göz yaşlarına boğulan Nyein mühafizəçilərin köməyi ilə səhnədən endirilib. Müsabiqənin təşkilatçıları tərəfindən verilən açıqlamada, Nyeinin ‘uyğun olmayan davranışı’ səbəbiylə ikinci yer tacının geri alındığı açıqlanıb.
Medianews.az