AZ

Türkiyə ilə Seneqal arasında 5 müqavilə imzalanıb

Prezident Rəcəb Tayyib Ərdoğan və Seneqal Prezidenti Beşir Cuma Fayın iştirakı ilə iki ölkə arasında 5 müqavilə imzalanıb.

Prezident Ərdoğan və Seneqal Prezidenti Fayın başçılıq etdiyi təkbətək və nümayəndə heyətinin görüşlərindən sonra ortaq müqavilələr imzalanıb.

Bu çərçivədə iki ölkə arasında “Türkiyə Respublikası ilə Seneqal Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılmasına dair Anlaşma Memorandumu” prezident Ərdoğan və Seneqal Prezidenti Beşir Fay tərəfindən imzalanıb.

“Türkiyə Respublikası Hökuməti ilə Seneqal Respublikası Hökuməti arasında şəhərsalma sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu xarici işlər naziri Hakan Fidan və şəhərsalma, yerli idarəetmə və regional planlaşdırma naziri Balla Moussa Fofana imzalayıblar.

“Türkiyə Respublikası Hökuməti ilə Seneqal Respublikası Hökuməti arasında enerji və karbohidrogen sahələrində Anlaşma Memorandumu”nu enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Afrika inteqrasiyası və xarici işlər naziri Yasin imzalayıblar.

“Türkiyə Respublikası Hökuməti ilə Seneqal Respublikası Hökuməti arasında kənd təsərrüfatının mexanikləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı və Seneqalın kənd təsərrüfatı, qida suverenliyi və heyvandarlıq naziri Mabouba Diaqne imzalayıblar.

Seçilən
56
1
aznews.az

1Mənbələr