Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbətiağacəkmə aksiyası Gəndob–Xaçmaz–Yalama–Rusiya sərhədi avtomobilyolunun Xanoba kəndi ərazisində keçən hissəsində təşkil olunub.
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerlihüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə vətəşkilatların kollektivləri, şəhid ailələri, qazilər və rayonictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya iştirakçıları tərəfindən ərazidə müxtəlif növ ağaclarəkilərək suvarılıb və aqrotexniki qulluq göstərilib. Əkilənağacların küləkdən qorunması üçün dirəklər basdırılıb. ÜmumilikdəXanoba kəndi ərazisində 1000-ə yaxın ağac əkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündərayon ərazisində yaşıllıqların artırılması məqsədilə aksiyalarındavam etdirilməsi nəzərdə tutulur.