Əllərin yuyulması xəstəliklərin yayılmasının qarşısını almaq üçün ən effektiv yollardan biridir. Müxtəlif əl yuma məhsulları mövcuddur: adi sabun, maye sabun, antibakterial sabun və antiseptiklər.
QHT.az xəbər verir ki, adi sabun mikroblarla mübarizədə ən yaxşı vasitələrdən biridir. Dərini təmizləmək üçün 20 saniyə sabunla yumaq kifayətdir. Maye sabun daha gigiyenikdir, çünki əvvəlki istifadəçidən mikrobları saxlamır.
Antibakterial sabun, aantimikrobiyal komponentlər ehtiva edir, lakin ABŞ Qida və Dərman İdarəsi onun adi sabundan daha faydalı olmadığını bildirir. Antiseptiklər sabunu tam əvəz edə bilmir, çünki mikrobları tamamilə öldürmək üçün 60% spirt ehtiva etməlidir. Həkimlər əllər çirkli olmadıqda antiseptiklərin istifadəsini tövsiyə edir.
Pərvanə Fərhadqızı