AZ

Qadınların pensiya yaşı niyə azaldılmır?

"Qadınlar kişilərdən daha çox yaşayır. Pensiya yaşı az olarsa, qadınlara ayrılan pulun miqdarı bir az da çox olacaq. Aidiyyatı qurumlar isə bu pulu qadınlara vermək istəmir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Əkrəm Həsənov qadınların pensiya yaşının azaldılmamasının səbəblərindən danışarkən deyib.
 
O, kişilərinin qadınlardan az yaşadığını vurğulayıb:
 
"Dünya ölkələri ilə müqayisədə bu fərq Azərbaycanda daha böyükdür. Bəzən isə kişilər heç pensiya yaşlarına çatmırlar. Bu o deməkdir ki, Azərbaycanda kişilərin həyatı qadınlara nisbətdə daha ağırdır. Ailənin yükü, maddi-mənəvi nə varsa hamısı kişilərtin üzərindədir. Ayrıca kişilərdən tələblər çoxdur. Özü də biz nə Şərqik, nə də Qərb. Qərbdə qadınlar ailənin maddi yükünü kişilərlə bərabər öz üzərinə götürür. Eyni zamanda qadınlar orada deyir ki, mən nə istəyirəm onu edirəm. Ailənin idarə olunması məsələlərində biz deyirik Qərbik. Qadın nə istəyir eləyir, bu düzgün deyil, belə olmamalıdır".
 

 
Əkrəm Həsənov yaş məsələlərinə görə dünyada müxtəlif təcrübələrin olduğunu bildirib:

"Amma Avropa ölkələrində qadınlarla kişilər arasında yaş eynidir. Bu da gender bərabərliyi prinsipindən irəli gəlir. Niyə qadınların pensiya yaşı kişilərə nisbətdə az olmalıdır. Avropa bu təcrübə ilə gedir. Şərq ölkələrinin də bəzilərində pensiya yaşı qadınlarla kişilər arasında eynidir. Avropanın sivil ölkələrində isə 66 yaşdır".

Qeyd edək ki, bölgə ölkələri üzrə qadınlarla kişilərin pensiya yaşı ilə əlaqədar statistika açıqlanıb. Özbəkistan 60- 55, İran 60- 55, Türkiyə 60-58, Ukrayna 60-60, Türkmənistan 62-57, Tacikistan 63-58, Belarus 63-58, Qırğızıstan 63-58, Rusiya 63-58, Qazaxıstan 63-61, Moldova 63-61, Ermənistan 63-61, Gürcüstan 65-60, Azərbaycan 65-65.

Bahar Rüstəmli

Seçilən
38
50
qaynarinfo.az

10Mənbələr