AZ

ABŞ Monteneqro və Serbiyadakı şirkətlərə sanksiya tətbiq edib

ABŞ Monteneqro və Serbiyadakı şirkətlərə Rusiyanı hərbi texnologiya və avadanlıqlarla təchiz etdikləri üçün sanksiya tətbiq edib.

SİA ABŞ Xəzinə Departamentinin məlumatına istinadən xəbər verir ki, həmin şirkətlər Rusiyaya Ukraynadakı müharibəyə yardım edən hərbi məhsullar göndərir.

Monteneqrodakı IBC adlı şirkət bu ölkədə yaşayan Rusiya vətəndaşı Sergey Kokorevə məxsusdur. Onun şirkəti vasitəsilə Monteneqrodan Rusiyaya hərbi texnika ixrac etdiyi bildirilir.

Serbiyanın şimalında, Macarıstanla sərhəddə yerləşən Subotiça şəhərindəki “Ventrade DOO” adlı şirkətin isə Rusiya şirkəti ilə əlaqəli olduğu müəyyən edilib. Şirkətin Rusiyaya hərbi təyinatlı radiolar ixrac etdiyi bildirilir.

Serbiyanın sahibkarlıq subyektləri reyestrinin məlumatlarına görə, həmin şirkət Macarıstan vətəndaşı Zsolt Lajquta məxsusdur və onun tərəfindən idarə olunur.

Seçilən
80
3
sia.az

4Mənbələr