AZ

Almaniyadan rəsmi Tehrana qarşı sərt həmlə: İranın 3 şəhərdəki baş konsulluqları qapadılıb - Nə baş verir?

Almaniya İrana qarşı diplomatik qalmqal yaradan qərar qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İranın Almaniya vətəndaşı Cəmşid Şarmehdi edam etməsinə cavab olaraq, rəsmi Berlin İranın Frankfurt, Münhen və Hamburqdakı baş konsulluqlarını bağlamaq qərarına gəlib.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Nyu-Yorkda jurnaistlərə bildirib ki, Cəmşid Şarmehdin İran tərəfindən edam edilməsi qəbuledilməzdir: "Almaniya vətəndaşının edam edilməsinin ciddi nəticələrə səbəb olacağını dəfələrlə Tehrana dedik. anlamadılar. İndisə İranın Frankfurt, Münhen və Hamburqdakı 3 baş konsulluğunu bağlamaq qərarına gəldim. Almaniyanın Tehrandakı səfirliyini isə qapatmayacağöıq. Çünki bu, rejimə edə biləcəyimiz ən böyük yaxşılıq olar".

Samir Musayev

MİA.AZ

Seçilən
94
mia.az

1Mənbələr