Şəmkirdə 24 yaşlı oğlan 4-cü mərtəbədən yıxılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 19 radələrində Şəmkir şəhərində mərkəzində yerləşən binaların birində qeydə alınıb. Samux rayon sakini 24 yaşlı E.Məmmədli ehtiyatsızlıqdan 4 mərtəbəli yaşayın binasının 4-cü mərtəbəsindən yıxılıb.
Xəsarət alan gənc xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Fakt araşdırlır.