Gürcüstanın müxalifət partiyalarının nümayəndələri və onların tərəfdarları noyabrın 4-də Tiflisdə parlament binası yaxınlığında parlament seçkilərinin nəticələrinə qarşı mitinq keçirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə brifinqdə “Güclü Gürcüstan” koalisiyasının üzvü Anna Dolidze bildirib.
“Biz bazar ertəsi Rustaveli prospektində toplanacağıq və orada sizə ətraflı fəaliyyət planı, etirazımızın qanuni, haqlı, dinc, lakin ölkə daxilində və xaricində mütəşəkkil və effektiv şəkildə necə davam edəcəyi barədə məlumat verəcəyik”, - deyə Dolidze bildirib.