Yeddi Qərb ölkəsi Şimali Koreyanın raket atması ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a dünya təşkilatından olan mənbə bildirib.
Bunlara daxildir: Böyük Britaniya, Malta, Sloveniya, ABŞ, Fransa, Cənubi Koreya və Yaponiya.
Oktyabrın 31-i gecə Şimali Koreya Silahlı Qüvvələri Yapon dənizinə ballistik raket atıb.