«Qurban Qurbanovu onu «Qarabağ»a gətirmək istəyirdi, «Neftçi» daha cəld tərpəndi».
Titul.az sportinfo-ya istinadən xəbər verir ki, futbol eksperti Emin Abbasov bu açıqlama ilə çıxış edib.
O, cari ylin yayında «Qəbələ»dən «Neftçi»yə transfer olunan Emin Səfərovdan danışıb.
Tanınmış teleşərhçi «qırmızı-qaralar»ın 350 min manat təzminat qarşılığında paytaxt təmsilçisinə satdığı gənc yarımmüdafiəçinin yeni klubunda özünü göstərə bilmədiyini söyləyib.
Abbasov qeyd edib ki, U-21 yığmasının üzvü hazırda karyerasının çətinin dönəmini yaşayır, heç cür toparlana, əsas heyətə düşə bilmir.
Ekspert Səfərovun üzləşdiyi durumun çox məammalı olduğunu söyləyib:
«O, geriyə gedir. Sanki ötən mövsümlərdə «Qəbələ»də gördüyümüz uşaq deyil.
Nə baş verir, niyə futbol oynamır - çox qaranlıq məsələdir».