AZ

Tramp yoxsa Harris? Yaxın Şərqi nələr gözləyir?

ABŞ-da son sorğunun nəticələri açıqlanıb. Buna uyğun olaraq, prezident seçkilərində Respublikaçı namizəd Donald Tramp və onun Demokratik rəqibi Kamala Harrisin ölkə üzrə səs nisbətləri 48 faizə bərabər olub.Oktyabrın 20-23-də ölkə daxilində 2516 qeydiyyatdan keçmiş seçici ilə telefonla aparılan sorğuda Tramp və Harrisin səsvermə nisbətləri yüzdə 48 olub. Sorğuda ölkə ilə bağlı problem əsaslı suallara görə, Tramp iqtisadiyyat üzrə 52 faiz, immiqrasiya məsələsi üzrə 54 faiz səslə öndə olub, Vitse-prezident Harris 51 faiz demokratiyanın gələcəyi ilə bağlı narahatlıq və 55 faiz abort problemi ilə seçilən namizəd olub. Lakin namizədlərlə bağlı ən çox gündəmə gələn Yaxın Şərq regionuna olan yanaşma ilə bağlıdır.

Yaxın Şərq regionu ABŞ-da qarşıdan gələn prezident seçkilərinin nəticələrindən ən çox təsirlənəcək bölgələrdən biridir. HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailə hücum etdikdən sonra bütün bölgə zorakılıq zonasıdır. İsrailin ən yaxın müttəfiqi kimi ABŞ prosesin gedişində böyük geosiyasi təsirə malikdir. Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harris və ya Respublikaçılar Partiyasının namizədi keçmiş prezident Donald Trampın qalib olub-olmaması Yaxın Şərq üçün böyük əhəmiyyət kəsb edir.

2017-2021-ci illərdə hakimiyyətdə olmuş keçmiş prezident Donald Tramp özünü “ABŞ tarixinin ən israilyönlü prezidenti” hesab edir. Prezidentliyi dövründə o, İsrailin istəklərinin çoxunu yerinə yetirdi: 2018-ci ildə o, ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb. Digər ölkələr, o cümlədən Almaniya Şərqi Qüdsdəki vəziyyətin beynəlxalq hüquq normaları çərçivəsində həll edilmədiyini əsas gətirərək indiyədək bundan çəkinib. 2019-cu ilin martında ABŞ İsrailin Suriyadan ilhaq etdiyi Qolan təpələrini İsrail ərazisi kimi tanıyıb. Bundan qısa müddət sonra Trampın kürəkəni Jared Kushner fələstinlilərə qarşı nəzərdə tutulan sülh planı hazırlayıb. Tramp həmçinin BMT-nin Fələstinə Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) ödənişləri kəsib və bəzi müsəlman dövlətlərinin vətəndaşlarının ölkəyə girişini çətinləşdirib. 2020-ci ilin payızında Birləşmiş Ştatlar İsrailin qurulmasından 70 il sonra bəzi ərəb və Şimali Afrika dövlətləri ilə diplomatik münasibətləri normallaşdıracağını nəzərdə tutan bir sıra sazişlər olan İbrahim Sazişlərinə vasitəçilik edib.

Seçilən
132
50
aznews.az

10Mənbələr