AZ

Azərbaycan şirkəti işçilər axtarır - MAAŞ 3000-4000 MANAT - VAKANSİYALAR

Baku Project Group

Layihənin baş mühəndisi

Son tarix 01 dek 2024 [email protected]

Tələblər:

  • Ali təhsil (memarlıq ixtisası üzrə);
  • Müvafiq sahə üzrə azı 7 il (tikinti və ofis) iş təcrübəsi;
  • Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, SNİP, BIM;
  • Dil bilikləri: Azərbaycan dili - səlis; İngilis dili – yaxşı;
  • Kompüter bilikləri: AutoCAD, Revit, Photoshop;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.

Vəzifə öhdəlikləri:

  • Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək,
  • Əraziyə və Sifarişçi tələblərinə uyğun tikinti normaları nəzərə alınmaqla, fasad materialları, tikinti həcmləri göstərilməklə ilkin konsepsiya albomunu hazırlamaq,
  • Konsepsiya əsasında planlar, fasad görünüşləri, kəsim və landşaft həlli ilə ilkin eskiz layihələri hazırlamaq,
  • Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək,
  • Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan tərəfləri idarə etmək,
  • Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq,
  • Tamamlanmış layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək,
  • Layihə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
  • Əmək haqqı 3000 Azn
  • İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Ünvan: A.Cəlilov küçəsi 20.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini portfolio ilə (mütləq tələbdir) birlikdə mövzu yerinə “LBM” yazaraq e-mail ünvanına göndərməyiniz xahiş olunur.

 

Konstruktor

 Son tarix 01 dek 2024 - [email protected]

Tələblər:

  • Uyğun sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə ən azı 5 illik iş təcrübəsi;
  • Layihələrin təqvim üzrə planlaması 
  • Kompüter bilikləri: AutoCAD, Lira, Tekla Structure;
  • Məsuliyyətli, dəqiq və işin vaxtında, keyfiyyətli təhvil verilməsi
  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı

Vəzifə öhdəlikləri:

  • İnşaat konstruksiyalarının hesabatlarının aparılması (metal, dəmir- beton konstruksiyalar), 
  • Bina və qurğuların statik və dinamik yüklərə görə hesablamalarının aparılması
  • Metal konstruksiya , demir beton konstruksiya , taxta konstuksiya, və avadanlıqlar üzrə statik hesabatların tərtibi və konstruktiv cizgilərin hazırlanması
  • Layihələrin müvafiq dövlət orqanlarından müdafiə olunması
  • Əmək haqqı: 4000 Azn
  • İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Ünvan: A.Cəlilov küçəsi 20.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Konstruktor” yazaraq e-mail ünvanına göndərməsi xahiş olunur.

Seçilən
81
fed.az

1Mənbələr