AZ

“Apple” smartfon bazarında "Samsung”u keçə bilməyib

2024-cü ilin üçüncü rübündə qlobal smartfon bazarında "Samsung" lider olaraq qalmaqda davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Canalys" analitik şirkəti məlumat yayıb.

Bildirilir ki, bu dövrdə smartfon tədarükü 309,9 milyon ədədə çatıb ki, bu da 2021-ci ildən bəri ən yüksək göstəricidir. Artım əsasən yeni cihazların buraxılması və güclü reklam kampaniyaları ilə izah olunur.

Üçüncü rübdə "Samsung" 57,5 milyon smartfon sataraq bazar liderliyini qoruyub. "Apple" isə yeni "iPhone 16" modelinin buraxılmasına baxmayaraq, "Samsung"u keçə bilməyib və 54,5 milyon cihaz tədarük edib.

Üçüncü yerdə Çin şirkəti "Xiaomi" qərarlaşıb. Şirkət bazara 42,8 milyon cihaz təqdim edib. İlk beşliyə həmçinin "Oppo" və "Vivo" da daxildir.

"Canalys"in baş analitiki Tobi Zhu ucuz telefon seqmentində sərt rəqabətin müşahidə olunduğunu vurğulayıb. Bu rəqabət davamlı istehlakçı tələbi və əlverişli iqtisadi şərtlərlə dəstəklənir.

Mütəxəssislər 2024-cü ilin son rübü üçün ehtiyatlı nikbinlik nümayiş etdirirlər. Smartfon təchizatçıları məhsul ehtiyatlarını artıraraq 2025-ci ilin əvvəlində yüksək satış həcmlərinə nail olmağa çalışacaqlar.

Seçilən
90
iqtisadiyyat.az

1Mənbələr