Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya-Ukrayna münaqişəsinin “heç-heçə” ilə bitə biləcəyi ilə bağlı sözlərini şərh edib.
Nazirin sözlərinə görə, bu, tərəflərin maraqlarını təmin etməyəcək. “Mənə elə gəlir ki, “heç-heçə” hər bir tərəfin, o cümlədən qitə miqyasında maraqlarını etibarlı şəkildə təmin etmək zərurətini ifadə etmir”, – deyə Lavrov Avrasiya təhlükəsizliyi üzrə Beynəlxalq Konfransın iclasının yekunları üzrə “Kommersant”ın sualını cavablandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, “təxmin etmək mənasızdır”, çünki “heç-heçə” anlayışı “müxtəlif vəziyyətlərə” tətbiq edilə bilər. Məsələn, İstanbul müqavilələrinə.
Xarırladaq ki, Minskdə Avrasiya Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda Lukaşenko Rusiya və Ukraynanı ilkin şərt olmadan danışıqlara başlamağa çağırıb. Onun fikrincə, təhlükəsizlik zəmanəti almaq üçün Minsk də danışıqlarda iştirak etməlidir. Belarus prezidentinin sözlərinə görə, Qərb Ukrayna məsələsində razılığa gəlməyin zəruri olduğunu anlayıb və “heç-heçə ola biləcəyini” etiraf edib.
//Samir Qurbanov, Editor.az