AZ

İsveçrə yenidən ukraynalı cinayətkarları vətənlərinə deportasiya etməyə başlayıb

Bern Ukraynada silahlı qarşıdurma başlayandan bəri ilk dəfə olaraq  İsveçrədə cinayət törətmiş ukraynalıların vətənlərinə deportasiya praktikasını bərpa edib.

 Demokrat.az
xəbər verir ki, bu barədə “Neue Zürcher Zeitung” qəzeti İsveçrənin Miqrasiya üzrə Dövlət Katibliyinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, oktyabrın 30-da Sürixdən üç ukraynalı vətənlərinə qovulub.

Onlar əvvəlcə  Polşaya, oradan isə quru yolu ilə Ukraynaya göndəriləcəklər. Nəşr qeyd edir ki, bu, ukraynalı cinayətkarların 2022-ci ildən bəri ilk deportasiyasıdır.

Qovulmuş ukraynalılar İsveçrədə cinayət törədiblər, cinayət ittihamı ilə mühakimə olunublar və indi onların Avropa ölkəsinə girişi qadağan edilib. Söhbət hansı qanun pozuntularından getdiyi məlum deyil.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
45
demokrat.az

1Mənbələr