Tayvanı vuran "Konq Ray" tayfunu nəticəsində ən azı 205 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə adanın təbii fəlakətlərin aradan qaldırılması üzrə qərargahı məlumat yayıb.
Təcili yardım xidmətlərinin məlumatına görə, təbii fəlakət nəticəsində 1 nəfər ölüb.
Qeyd edilib ki, 11,9 min sakin təhlükəli dağ və sahil zonalarından təxliyə edilib.