...Rusiyada Amerikanın “Apple” şirkətinin məhsullarına əlavə rüsumlar tətbiq oluna bilər – bu ssenari əməkdaşlığa razı olmasa və “iPhone”larda rus proqramlarının quraşdırılmasına icazə verməsə mümkündür.
SİA-nın məlumatına görə, “Parlamentskaya qazeta” təşəbbüs müəlliflərinə istinadən yazır ki, qanun layihəsinə müvafiq düzəlişlərin gələn ay Dövlət Dumasında nəzərdən keçirilməsi planlaşdırılır, baxmayaraq ki, bu tədbirlər qadcetlərin qiymətini xeyli artıracaq....Dövlət Dumasının Sənaye və Ticarət Komitəsinin sədri Vladimir Qutenevin sözlərinə görə, sənəd üçüncü tərəf proqramlarının cihazlarda quraşdırılmasına imkan verməyən şirkətin qeyri-dost siyasətinə və məhdudiyyətlərinə cavab olaraq hazırlanır.
Əli Babayev