AZ

Bayden dövründə rekord sayda qeyri-qanuni miqrant - 10,1 milyon...

Son 3,5 ildə - Co Baydenin prezidentliyi dövründə ABŞ-a rekord sayda - 10,1 milyon qeyri-qanuni miqrant daxil olub.

HİT.az bu barədə ölkənin Daxili Təhlükəsizlik Nazirliyinin məlumatlarına istinadən yazır.

"Hazırda ABŞ-da miqrasiya böhranı var - qeyri-qanuni miqrantların böyük axını yerli əhali üçün əhəmiyyətli problemlər yaradır", deyə tarix elmləri namizədi Yuliya Davidova "RİA Novosti"yə bildirib.

Nəşr qeyd edir ki, Donald Trampın ABŞ prezidenti olduğu dörd il ərzində qeyri-qanuni miqrantlar 4,4 dəfə az - 2,3 milyon nəfər olub.

Davidovanın sözlərinə görə, əgər Tramp noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gəlsə, o zaman qeyri-leqal miqrant axınını azaldacaq daha sərt immiqrasiya qanunları və sərhəd nəzarəti gözləməliyik.

Sentyabrın əvvəlində Tramp bildirib ki, hazırkı Amerika administrasiyası Amerikanı zəhərləyən miqrasiya böhranına gətirib çıxarıb. Trampın sözlərinə görə, ölkədəki vəziyyəti 21 milyon insanın, o cümlədən keçmiş məhbusların və psixiatriya müəssisələrindəki xəstələrin, həmçinin terrorçuların ABŞ-a buraxılması ilə mürəkkəbləşdirib. Siyasətçi bu böhranı ABŞ-ın indiyədək üzləşdiyi ən ciddi problem kimi qiymətləndirib.

Samir

Seçilən
41
hit.az

1Mənbələr