Məşhur mesajlaşma tətbiqi "WhatsApp"da yeni funksiya istifadəyə veriləcək.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Yeni funksiya istifadəçilərə digər tətbiqlərdən gələn mesajlaşma sorğularını qəbul etmək və ya rədd etmək imkanı verəcək.
Bu seçim istifadəçilərə bildiriş alıb-almamağı seçməyə imkan verəcək. Bununla da xarici platformalardan başlanan əlaqələr üzərində daha çox nəzarət əldə olunacaq.
Portalın məlumatına görə, hazırda üçüncü tərəf xidmətlərindən gələn mesajlaşma sorğularını idarə etmə seçimi Avropadakı istifadəçilər arasında sınaqdan keçirilir. Mütəxəssislər qeyd ediblər ki, istifadəçilər bu seçimi istədikləri zaman tənzimləyə biləcəklər. Bu funksiya inkişaf mərhələsindədir və yaxın gələcəkdə Android cihazları üçün "WhatsApp"ın yeniləməsində mövcud olacaq.