"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp 2018-ci ilin Çempionlar Liqasının finalında "Real"dan Serxio Ramosun futbolçusu Məhəmməd Salahı zədələməsi haqda danışıb.
QOL.az xəbər verir ki, o, "Sport1" nəşrinə açıqlamasında deyib:
"Serxio Ramos doğrudanmı yaxşı insandır? O, mənim xoşladığım insan deyil. Onun etdiyi hərəkət qəddar idi. Təbii ki, o, orada Salahın çiyninə nə olacağını bilə bilməzdi, amma hamımız bilirik ki, o, Salahın zədəsini istəyirdi. Mən heç vaxt bu cür düşüncəni anlamamışam. Mənim komandamda heç vaxt belə futbolçular olmayıb. Olanda da hər şey edirdim ki, tez zamanda olmasınlar".
Qeyd edək ki, 2018-ci ildə Yurgen Kloppun çalışdırdığı "Liverpul" Çempionlar Liqasının finalında "Real Madrid"ə 3:1 hesabı ilə məğlub olmuşdu.