"Miqrant ailələrin üzvləri Rusiya ərazisində qalmamalıdırlar".
Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dövlət miqrasiya siyasəti ilə bağlı iclasda deyib.
“Hər kəs bunu möhkəm xatırlamalıdır. Üstəlik, əgər kimsə ölkəmizin ərazisindədirsə və işləmirsə, oxumursa, o zaman belə bir şəxs son nəticədə ölkəmizi tərk etməlidir”, - deyə sədr müavini bildirib.
Medvedevin sözlərinə görə, miqrant ailələrin ölkədə qalma məsələsi xüsusi nəzarətdə olmalıdır.
Həmçinin görüş zamanı Medvedev bildirib ki, Rusiyada ekstremizmin yayılmasına zəmin yaradan etnik anklavların yaranmasının qarşısını almaq lazımdır.
Təhlükəsizlik Şurası sədrinin müavini hesab edir ki, ölkə “kim və niyə gəlib, harada işləyir və yaşayır, Rusiya cəmiyyətinə inteqrasiya etməyə hazır olub-olmadığını” dəqiq bilməlidir.