AZ

İranın Almaniyanın Hamburq, Frankfurt və Münxen şəhərlərindəki baş konsulluqları bağlanıb

Bakı. Trend:

Almaniya İranın Hamburq, Frankfurt və Münxen şəhərlərindəki başkonsulluqlarını bağlayıb

Rəsmi Berlin, İran-Almaniya vətəndaşı olan 69 yaşlı CəmşidŞarmehdin edamına etiraz əlaməti olaraq İranın Hamburq, Frankfurtvə Münxen baş konsulluqlarını bağlama qərarı verib.

Trend-in "DeutscheWelle"yə istinadla verdiyi məlumata görə, bu baş konsulluqlardaçalışan 32 nəfərin Almaniyada qalma icazəsi ləğv edilib. Lakinİranın Berlindəki səfirliyi fəaliyyətini davam etdirir.

Almaniyanın xarici işlər naziri Annalena Berbok, bir almanvətəndaşının edamının ciddi nəticələri olacağı barədə rəsmi Tehranadəfələrlə xəbərdarlıq etdiklərini bildirib. Nazir həmçinin İranda"əsassız yerə saxlanılan" digər alman vətəndaşlarının da vətənəqaytarılması üçün işlərin davam etdiyini vurğulayıb və Avropaİttifaqını İranın İslam İnqilabı Keşikçiləri Korpusunun terrortəşkilatları siyahısına daxil edilməsi ilə bağlı çağırış edib.

Qeyd edək ki, edam barədə məlumat yayıldıqdan sonra AlmaniyaKansleri Olaf Şolts da edamı sərt şəkildə qınamış və etiraz əlamətiolaraq Almaniyanın İrandakı səfiri Markus Potseli Berlinə geriçağırmışdı.

Xatırladaq ki, Cəmşid Şarmehd 2008-ci ildə İranın Şirazşəhərində baş verən və 14 nəfərin ölümü ilə nəticələnən terroraktında təqsirli bilinərək fevral ayında edama məhkum edilmişdi.Hökm 28 oktyabr tarixində icra edilib.

İran rəsmiləri 2020-ci ilin avqustunda mürəkkəb əməliyyatlarnəticəsində Şarmehdin xaricdə yaxalanaraq ölkəyə gətirildiyinibildirmişdi. Şarmehdin ailəsi isə onun Dubayda tranzit uçuş zamanıİran xüsusi xidmət orqanları tərəfindən qaçırıldığını iddiaedir.

Seçilən
68
az.trend.az

1Mənbələr