Amerikalı reper Tekashi 6ix9ine kimi tanınan Daniel Hernandez Nyu Yorkda həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Məlumata görə, reper narkotik testindən keçə bilmədiyi və Las Veqasa getməsinə icazə verilmədiyi üçün həbs edilib. O, noyabrın 12-də keçiriləcək növbəti məhkəmə iclasına qədər, təxminən iki həftə, həbsdə qalacaq.
Qeyd edək ki, reper 2022-ci ildə Moskva konserti zamanı Rusiyanı "ikinci vətən" adlandırıb.
Müəllif: Arzu