AZ

Məqsədimizə çatana qədər davam edəcəyik -Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya hücumları bitirmək üçün bir tarix təyin etmədiklərini və "məqsədlərinə" çatana qədər hücumları davam etdirəcəklərini bildirib.

Rüdaktor.az xəbər verir ki, Netanyahu İsrail əsgərləri üçün təşkil edilən məzuniyyət mərasimində gündəmlə bağlı açıqlamalar verib.

İsrailin İranda hər zamankindən daha çox fəaliyyət azadlığına sahib olduğunu və bu ölkədə lazım olduğu yerə çata biləcəyini iddia edən Netanyahu, Tehranın nüvə silahına sahib olmasının qarşısının alınmasının onların əsas prioriteti olduğunu bildirib.

Netanyahu qeyd edib ki, Qəzzaya hücumları sona çatdırmaq üçün tarix təyin etməyiblər və "məqsədlərinə" çatana qədər hücumları davam etdirəcəklər.

Eyni mərasimdə çıxış edən İsrailin müdafiə naziri Yoav Gallant ölkənin hər yerində daha çox əsgərə ehtiyac duyduqlarını bildirib.

Seymur BƏNNAYEV 

Seçilən
28
46
redaktor.az

10Mənbələr