AZ

Azərbaycan futbolunda bu adamlara insan əməyi, heysiyyəti maraqlı deyil

Deyəsən, "Şamaxı"nın oyunlarında hakimlər ədalətli qorumaq üçün yox, ona tüpürmək üçün meydana ayaq basırlar.

"Səbail" və "Araz-Naxçıvan"la oyunların ardınca "Qarabağ"la matçda buna bir daha şahid olduq.

Cavid Cəlilov elə bir penalti verdi ki...

Gəldiyi gündən hakimlərin yanlış qərarlarını malalamaqla məşğul olan Frank De Bleker də başını tutmalı oldu.

Malalamaq üçün iynə ucu qədər yer qalmadı.

Tofiq Bəhramov adına Respublika stadionunda yaşanan biabırçılığı etiraf etməli oldu.

Heç "Qarabağ"ın da belə ucuz penallara ehtiyacı yoxdur. "Atlılar" öz gücünə də qələbə qazanmağı bacarır.

Bəs "Şamaxı"? Heyfdi bu komandanın əziyyətinə. Belə güclü kollektivlə oyunda 50 dəqiqə dirəniş göstər, min bir əziyyətə qatlaş, sonda belə ucuz qol burax. Bu, bir komandanı birbaşa sındırmağa xidmət edən qərardır.

Başa düşürük, hakimlər də insandır. Səhv edə bilərlər. Amma texnologiyanın bu qədər inkişaf etdiyi vaxtda belə səhv olmur.

Axı oyunda VAR vardı.

Tutaq ki, Cavid Cəlilov əşyasını ağzına yanlışlıqla apardı, bəs onun VAR-da oturan dostları hara baxırdı?

Görünür, bu adamların hara baxması yox, nə fikirləşməsi vacibdir.

Nə ədalətin bərqərar olması, nə də insan əməyi, heysiyyəti maraqlı deyil.

XANOĞLAN İMANOV

Seçilən
43
sportinfo.az

1Mənbələr