Yeddi ölkə Şimali Koreyanın raket atışları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Belə ki, Böyük Britaniya, Malta, Sloveniya, ABŞ, Fransa, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın raket atışı səbəbindən BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyib.
Qeyd edək ki, oktyabrın 31-i gecə Şimali Koreya Silahlı Qüvvələri Yapon dənizi istiqamətində ballistik raket atıblar.
Sonradan məlum olub ki, Şimali Koreyanın atdığı ballistik raket, Yaponiyanın istisna iqtisadi zonasının kənarında, Hokkaido ərazisində dənizə düşüb. Bunu Yaponiya Müdafiə naziri Gen Nakatanı fövqəladə nazirlər kabinetinin iclasında açıqlayıb.