Yunanıstanın “Panatinaikos” klubunun yeni baş məşqçisi bəlli olub.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Ruy Vitoriya çalışdıracaq.
Portuqaliyalı mütəxəssis bu vəzifədə istefaya göndərilən Dieqo Alonsonu əvəzləyib.Onunla 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, son olaraq Misir yığmasını çalışdıran Vitoriya "Benfika", "Spartak" (Moskva) və "Əl-Nəsr"in də baş məşqçisi olub.