AZ

Ana uşaqları ilə birlikdə şəlalədən tullandı

Məişət zorakılığı üzrə məsləhətçi 33 yaşlı Chianti Means 9 yaşlı oğlu və 5 aylıq qızı ilə Niaqara şəlaləsini ziyarət edib.

News24.az xəbər verir ki, burada oğlu Roman Rossman və qızı Məkkə Meansla birlikdə qəfildən şəlalənin yuxarısındakı məhəccərə dırmaşan Means 60 metrə qədər yüksələn şəlalənin zirvəsindən aşağı atılıb.

Hadisəni araşdıran yerli polis əməkdaşları bildiriblər ki, Means öz istəyi ilə atılıb. Polis sözçüsü qadının niyə intihar etməsi ilə bağlı "araşdırma aparılacağını" bildirib. Komandalar hələ də ölən ailənin cəsədlərinə çata bilməyiblər.

Meansın övladları ilə birlikdə intiharı bir çox dostları üçün böyük şok olub. Bir dostu sosial şəbəkədəki paylaşımına "Birinin ağlından nə keçdiyini heç vaxt təxmin edə bilməzsən" şərhini yazıb.

Məryəm İlhamqızı

Seçilən
68
news24.az

1Mənbələr