AZ

Finlandiya prezidenti ölkədəki Rusiya əmlakına həbs qoyulmasını qanuni hesab edib

Finlandiya prezidenti Alexander Stubb bildirib ki, Rusiyaya məxsus əmlakın müsadirəsi ilə bağlı qərar hüquqi çərçivədədir və prezident buna qarışmır.

 

Oxu24.com xəbər verir  ki, Stubb bildirib  ki, Finlandiya qanunun aliliyi ilə seçilən dövlətdir və Haaqa Beynəlxalq Arbitraj Məhkəməsi Finlandiyanın rayon məhkəməsi tərəfindən dəstəklənən qərar qəbul edib, hazırda məhkəmə icraçıları məşğul olurlar.

“Respublika Prezidenti ayrı-ayrı hüquqi dövlət orqanlarının fəaliyyətinə qarışmır.",-deyə məlumatda qeyd olunub.

Oktyabrın 29-da Finlandiyanın Helsinkidəki Rusiya Elm və Mədəniyyət Mərkəzinin (RCSC) 4 milyard avro dəyərində Rusiya dövlət əmlakına, habelə Rusiyaya məxsus ən azı beş daşınmaz əmlaka həbs qoyulması barədə məlumatlar ortaya çıxdı. Qərarın Ukraynanın enerji şirkəti "Naftoqaz"ın iddiası ilə bağlı olduğu güman edilir.

Daha sonra Rusiya səfirliyi Finlandiya Xarici İşlər Nazirliyinə ölkədəki Rusiya daşınmaz əmlakının ələ keçirilməsi ilə bağlı Finlandiya hakimiyyətinin hərəkətlərinə kəskin etirazla nota göndərib.

 Nigar

 

Seçilən
49
2
oxu24.com

3Mənbələr