Bakı. Trend:
Seneqalın Baş naziri Usman Sonkonun avtomobil karvanıetirazçılar tərəfindən hücuma məruz qalıb.
Trend-inməlumatına görə, bu barədə "SenePlus" xəbər portalı xəbəryayıb.
Məlumata əsasən, etirazçılar avtomobilləri daşlayıblar. Hökumətbaşçısının xəsarət almadığı bildirilib.
Hadisənin, Seneqalın mərkəzində yerləşən Kunqeul şəhərindəU.Sonkonun lideri olduğu "Seneqal Vətənpərvərləri Əmək, Etika vəQardaşlıq naminə" (PASTEF) partiyasının nümayəndəsi kimi 17noyabrda keçiriləcək parlament seçkisi ilə bağlı tədbirə qatıldığıvaxt baş verdiyi qeyd olunub. Kortej müxalifət tərəfdarlarınıntoplaşdığı ərazidən keçərkən maşınlara daş atılıb. Polis dərhalmüdaxilə edərək hücum edənləri dağıdıb.
PASTEF partiyası, liderlərinə və Baş nazirə qarşı sui-qəsd cəhdiilə bağlı məhkəməyə müraciət etdiyini açıqlayıb.