"Az-Pack" şirkəti ilə Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında vergi məsələlərinə dair mübahisə yaranıb.
Şirkət bu mübahisədən dolayı məhkəməyə müraciət edib.
İddiaya Bakı İnzibati Məhkəməsində baxılacaq.
Bəhlul Cəlalov iş üzrə hakim təyin edilib.
Araşdırmalarımız zamanı məlum olub ki, "Az-Pack" şirkətinə 3 194 866,72 manat vergi borcu yazılıb. Şirkət isə bu məbləğlə razılaşmadığından məhkəməyə üz tutub.
"Az-Pack" şirkəti 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1362,6 manatdır. Şirkətin qanuni təmsilçisi Mustafaoğlu Nasir Kemaldır.
"Az-Pack" MMC qablaşdırma şirkətidir.
\\Valyuta.az