AZ

"Bakıda tikintini dayandırmaq lazımdır" - Ekoloqdan ÇAĞIRIŞ

İntensiv yağışlardan sonra Bakının Xətai rayonu, Nazim Şükürov küçəsində torpaq sürüşməsi baş verib. Lakin bu, ilk deyil. Bir neçə gün öncə də Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçaları uçaraq Bakı Kənar Dairəvi yoluna tökülüb. Torpaq sürüşmələri hündür ərazilərdə yerləşən evlərə də öz təsirini göstərir, həmin evlərin bünövrələrində çatlar əmələ gəlir. 

Bəs Bakının torpaq sürüşməsi ehtimalı olan ərazilərində hansı tədbirlər görülməlidir?

Avtosfer.az-ın məlumatına görə, bu barədə AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, Abşeron yarımadası və Bakı şəhəri yarımsəhra, quru çöl iqliminə aid olan ərazilərdir:

"Burada yağıntılar çox az olur, çoxillik göstəricilərə baxsaq, konkret olaraq 350 mm yağıntı düşüb və 3 dəfə ondan artıq buxarlanma var, yəni bura quraq zonadır. Bakıda adətən palçıq vulkanları olan hissələrin sonradan üstündə torpaq əmələ gəlir və nəticədə torpaq qatı formalaşır. Yağış yağanda isə üstdəki qatdan sərbəst keçir və altdakı palçıq vulkanları və yaxud gilli torpaq hissəcikləri olan sahələr onu aşağı gətirir. Bu, yəqin ki, vətəndaşların yaşadığı tərəflərdə də belədir, çünki orada torpağa toxunulur, bəzi sahələrdə dayanıqlıq götürülür. Hündür, 25-30 dərəcə yamaclarda yol çəkirlər, bina tikirlər, dayanıqlıq itir, yuxarıdan da yağış yağan kimi bəzi çatlar yaranır və silkələnmələr olur".

Ekoloqun sözlərinə görə, bu ərazilərdə ev, bina tikən adamlar divarların önündə çox güclü bir sədd çəkməli və drenaj qoymalıdırlar:

"Həmin yerlərdə drenaj qoyulmalıdır ki, yuxarıdan gələn sular sərbəst şəkildə aşağı düşsün. Əgər olmasa, su orada dayanacaq və nəticədə yuxarıdakıları da sorub gətirəcək. Belə halda uçqun da ola bilər. Bakının təbii mühiti elə də sürüşməyə meylli ərazilər deyil. Sadəcə olaraq təbii şəraitin digər elementləri də bura kömək elədiyi vaxt sürüşmələr ola bilər. Ona görə tikinti işçiləri belə halları nəzərə almalıdırlar. Ümumiyyətlə, hazırda Bakıda köhnə binaları sökülməsə də, tikintini birmənalı olaraq saxlamaq lazımdır".

Seçilən
78
avtosfer.az

1Mənbələr