Noyabrın 5-də keçiriləcək prezident seçkilərindən sonra formalaşacaq yeni Vaşinqton administrasiyası Amerika cəmiyyətinin təzyiqi səbəbindən Ukraynaya yardımın həcmini azaltmaq məcburiyyətində qalacaq.
APA xəbər verir ki, bu barədə publisist Kristofer Kaldvel Britaniyanın həftəlik “The Spectator” jurnalı üçün yazdığı məqalədə yazıb.
“Növbəti prezident - istər Harris, istərsə də Tramp - ABŞ-nin Ukrayna münaqişəsində iştirakına dair daxili təzyiqlərə müqavimət göstərə bilməyəcək”, - Kaldvel qeyd edib.
Onun sözlərinə görə, sentyabr ayından bəri Harris Ukrayna münaqişəsindən demək olar ki, danışmır, çünki sorğular göstərir ki, Amerika seçiciləri bu mövzuya maraq göstərmir.
Publisist bildirb ki, Respublikaçılar Partiyasının bir çox nümayəndəsi Ukraynada genişmiqyaslı korrupsiya və ABŞ-də artan problemlər fonunda Kiyevə əlavə vəsaitin ayrılmasına skeptik yanaşır.