AZ

ABŞ Dövlət katibi ilə Pentaqon şefi bir arada: "8 min Şimali Koreya əsgəri Ukrayna ilə sərhədə yeridilib, onlar..."

"Şimali Koreyanın Rusiyaya yardım məqsədiylə göndərdiyi 10 minə yaxın hərbçidən təxminən 8 mini Ukrayna sərhədinə yeridilib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin Vaşinqtonda rəsmi səfərdə olan Cənubi Koreyalı həmkarları ilə birgə mətbuat konfransında söyləyiblər.

Blinken bildirib ki, hən əsgərlər Ukraynanın hələ də nəzarətində olduğu Ryusiyanın Kursk bölgəsində döyüşə göndərilib: "Son məlumatlar göstərir ki, Şimali Koreya qüvvələrinin 8 mini Kursk bölgəsindədir. Düzdür, onlar hələ Ukrayna qüvvələrinə qarşı toqquşmaya qatılmayıb. Belə fakta rastlanmayıb. Lakin bunun yaxın günlərdə baş verəcəyini gözləyirik".

Müdafiə naziri Ostin isə bildirib ki, Rusiya Şimali Koreya əsgərlərinə artilleriya təlimi və müdafiə xətti (səngər qazılması və istehkamlar düzəldilməsi və s) yaratmaqla bağlı təlim keçdiklərini iddia etsə də, faktiki onlar döyüş bölgəsinə Ukrayna silahlı qüvvələri ilə üz-üzə qoyulublar: “Bütün bunlar Rusiyanın bu xarici qüvvələrdən cəbhə xəttindəki əməliyyatlarda istifadə etməyi hədəflədiyini açıq şəkildə göstərir. Bu, əlbəttə, Ukraynaya qarşı müharibədə Rusiyaya əlavə üstünlük verəcək..."

Pentaqon şefi deyib ki, Rusiya Şimali Koreya əsgərlərinə rus forma və ləvazimatları verib: "Şimali Koreya əsgərləri Ukraynaya qarşı döyüşə girərsə, bu, onları qanuni hərbi hədəfə çevirəcək. Hazırda bölgədəki digər müttəfiqlər və tərəfdaşlarla məsləhətləşərək hadisələri yaxından izləyirik".

Samir Musayev

MİA.AZ

Seçilən
46
1
mia.az

2Mənbələr