Bu il COP29 sammitində ABŞ nümayəndə heyətinə prezidentin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta rəhbərlik edəcək. TURANın Vaşinqton müxbiri xəbər verir ki, dövlət katibi Blinken Bakıya getməyəcək.
Dövlət Departamenti cümə axşamı bildirib ki, ABŞ Administrasiyasının 20 departamentinin və təşkilatından olan yüksək vəzifəli rəsmiləri noyabrın 11-22-də Bakıya səfər edəcək.
Con Podesta ilə yanaşı, ABŞ nümayəndə heyətinə aşağıdakılar daxildir:
Tomas Vilsack, Kənd — Təsərrüfatı naziri
Cennifer M. Qranholm —Energetika naziri
Əli Zaidi, Prezidentin köməkçisi və Ağ Evin Milli İqlim Müşaviri
Brenda Mallory, Ağ Evin Ətraf Mühitin Keyfiyyəti Şurasının sədri
David Türk — Energetika nazirin müavini
Laura Daniel-Davies, daxili işlər nazirinin müavini
Ceyn Nişida — Ətraf Mühitin Mühafizəsi Agentliyinin Administrator müavini
Rik Spinrad —Ticarət Katibinin müavini
Bonnie Jenkins — Dövlət Katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik üzrə müavini.
“ABŞ nümayəndə heyətinə iqlim dəyişikliyinin silahlı münaqişə, maliyyə, ərzaq təhlükəsizliyi, səhiyyə, ticarət və investisiya, gənclər məsələləri üzeə digər ABŞ hökumət rəsmiləri də daxildir”, - deyə Dövlət Departamenti bildirib.
Builki nümayəndə heyətinə COP 28 (Dubay) və COP 27 (Misir) sərgilərində iştirak etmiş dövlət katibi Entoni Blinken və USAID rəhbəri Samanta Pauer daxil deyilər.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin bir müddət əvvəl Dövlət Departamentini konqresmenlər adından Azərbaycan hakimiyyətinə qarşı insan haqlarının pozulmasına görə sanksiyalar tələb edən məktub yazmaqda ittiham etməsi ilə bağlı ola bilər.