AZ

Əfsanənin akademiyası su altında qaldı

İspan tennisçi Rafael Nadalın akademiyası İspaniyada yağan güclü yağışlar səbəbindən su altında qalıb.

Publika.az xəbər verir ki, bu barədə akademiyanın mətbuat xidməti məlumat yayıb:

“Seldən sonra səmimi mesajlarınız üçün çox sağ olun. Biz yaxşıyıq və mümkün qədər tez normal həyata qayıtmaq üçün çalışırıq”.

Rafael Nadal ölkədəki dağıdıcı daşqınlardan zərər çəkənlərin hamısına dəstək olduğunu bildirib. İspaniyanın Valensiya şəhərində baş vermiş təbii fəlakət nəticəsində 90-dan çox insan həyatını itirib.

Seçilən
35
publika.az

1Mənbələr