Bir müddət öncə Ernad Svirc sevgilisi ilə Riqada hotelə istirahət etməyə gedib, ancaq xoşagəlməz hadisə ilə üzləşib.
News24.az xəbər verir ki, Ernad instaqramda bloger dostunun canlı yayımında bu haqda danışarkən deyib.
“Avqust ayının sonları idi, sevgilimlə şəhərin mərkəzində yerləşən hotellərin birinə istirahət etmək üçün getdik, hər şey qaydasında idi. Bir neçə gün keçəndən sonra bədənimin bir hissəsində çox ağır səpgilər yarandı.
Həmin an həkimə müraciət etdim, müayinə olunduqdan sonra həkim bildirdi ki, hoteldə yataq üzlüyündən dərinə mikrob keçib.
1 aylıq müalicədən sonra sağaldım, ancaq həkim yenə də zaman-zaman yoxlanılmağımı tapşırıb. Çox şadam ki, başıma gələn qorxulu hadisədən tək mən əziyyət çəkdim, yaxşı ki, sevgilimin səhhətində elə iyrənc hal baş vermədi”.
Ağa