AZ

Mirzoyanın sözləri revanşist hayların qulaqlarında bomba kimi partladı

O, erməni cəmiyyətinə daşnak ideyalarından imtina etməyi məsləhət gördü

Belə çıxır ki, artıq Hayastanın işğalçılıq planlarının üstündən qara xətt çəkilir. Axı, o planların həyata keçməsi üçün haylar yüz minlərlə insanın qanını axıdıblar, şəhərlərini, kəndlərini viranəyə çeviriblər. Özlərinin də qanı az axmayıb. Türk-müsəlman aləmini özünə düşmən edib. Bütün bunlara birdəfəlik son qoyulur? Bəs, sərsəm "dənizdən-dənizə böyük Ermənistan", "miatsum" sayıqlamaları harada qaldı? Deməli, qulağıkəsik Andronikin, Stepan Şaumyanın, Anastas Mikoyanın, qatil "ziyalı" Zori Balayanın, Viktor Ambarsumyanın və yüzlərlə cəllad yanların sərsəm ideyaları heç bir işə yaramadı. Cinayətkar hay toplumu dünyada işğalçı kimi tanındı və döyüş meydanında biabırçılıqla məğlub oldu. Bunların hamısı ağlını hələ tam itirməmiş haylara bir görk oldu.

Sözün qısası, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “erməni soyqırımı"nın tanınması məsələsinin Ermənistanın xarici siyasətinin gündəliyində prioritet olmadığını və ölkəyə ziyan gətirdiyini bəyan edib. Bu sözlər hay cəmiyyətində, xüsusən də daşnak və revanşistlərin qulaqlarında bomba kimi partlayıb.

Erməni mediası xəbər verir ki, yerli revanşist politoloq Sergey Melkonyan bu açıqlamaya kəskin reaksiya verib. O, yazısında bildirib ki, onilliklər ərzində Ermənistanın xarici siyasətində prioritet məsələlər “erməni soyqırımı”nın və Qarabağdakı separatçı rejimin tanınması uğrunda mübarizə olub.

Melkonyan, birinci məsələnin erməni kimliyinin fundamental elementi, ikincisinin isə dövlətçilik olduğunu vurğulayıb. O, İrəvanın dövlət və milli kimliyi dağıtmaq məqsədilə Bakı və Ankaranın iki əsas tələbini yerinə yetirdiyini, bunun da Qarabağdan imtina etməklə və “soyqırımın” tanınması uğrunda mübarizədən vaz keçməklə mümkün olduğunu qeyd edib.

Revanşist politoloq: “O zaman Bakı və Ankaranın yeni tələbləri yerinə yetiriləcək: Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsi (bu hansısa yeni ölkə yaratmaq məqsədi daşıyacaq, lakin Ermənistan deyil), atom elektrik stansiyalarının bağlanması, kilsənin və diasporun rolunun zəifləməsi, tarix dərsliklərindəki dəyişikliklər və s.”- əlavə edib.

Açıq görünür ki, "erməni xəstəliyi"ndən xilas ola bilməyənlər öz qan qoxuyan fikirlərində qalacaqlar. Ancaq daşnakların əksinə düşünənlər də az deyil və onların bəziləri dövlətdə yüksək postlar tutublar. Ümumiyyətlə, Ermənistan əhalisinin böyük hissəsi hay orduları İkinci Qarabağ müharibəsində darmadağın ediləndən sonra yeni hərbi əməliyyatlara qarşı çıxır və Azərbaycanla sülhə razıdır.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan xarici işlər naziri Ararat Mirzoyanın qondarma soyqırımın tanınmasının Ermənistan üçün prioritet olmadığı barədə bəyanatına dərhal dəstək verib. O, Mirzoyanın fikirlərini bölüşdüyünü bildirib. Nazir sonda  fikrini belə yekunlaşdırıb: “İqtisadiyyat, iqtisadiyyat, iqtisadiyyat və başqa problem yoxdur”.

Şükür sənə İlahi, nəhayət, haylardan da belə ağıllı sözlər eşitdik. Axır gəldilər bizim "Zərərin yarısından qayıtmaq da xeyirdir" atalar sözümüzə.

Vəli İlyasov,  "İki sahil"

Seçilən
52
ikisahil.az

1Mənbələr