Penzada müstəntiqlər qızı güllələyən sərxoş miqrant haqqında sosial şəbəkələrdə yayılan məlumatları yoxlayır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsi məlumat yayıb.
İlkin məlumatlara görə, Penzanın mərkəzində sərxoş vəziyyətdə olan miqrantlar rusiyalı qadınları sıxışdırıblar. Qızlardan biri görüşməkdən imtina edib və ona atəş açılıb.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
“Rusiya İstintaq Komitəsinin istintaq orqanları bu fakt üzrə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi) istintaqa qədərki yoxlama aparır”, - məlumatda deyilir.