Rusiyada 10 minə yaxın Şimali Koreya əsgəri var və onlardan 8 mini Ukrayna sərhədinə yerləşdirilib. Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken açıqlama verib. Blinken və müdafiə naziri Lloyd Ostin Vaşinqtonda rəsmi səfərdə olan Cənubi Koreyalı həmkarları ilə birgə mətbuat konfransı keçirib. Blinken bildirib ki, Şimali Koreya qüvvələrinin 8 mini Kursk bölgəsində yerləşdirilib. Blinkenin sözlərinə görə, Şimali Koreyalı hərbçilər Ukrayna qüvvələri ilə hələlik qarşıdurmaya girməyiblər. Müdafiə naziri Ostin də Rusiyanın Şimali Koreya əsgərlərinə artilleriya və xəndəklərin təmizlənməsi də daxil olmaqla əsas piyada əməliyyatları üzrə təlim keçməsi ilə bağlı məlumatların olduğunu irəli sürüb.