AZ

Vasitəçilik etmək istəyən Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığı çaşdırıcıdır - Lavrov

Ankaranın Rusiya-Ukrayna münaqişəsində vasitəçilik etmək istəyini nəzərə alsaq, Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığı çaşdırıcıdır.

Ucnoqta.az xəbər verir ki, bunu “Hürriyet” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Təəssüf ki, Ankara Kiyev rejimi ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir. Türkiyə silahları Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçiləri və mülki şəxsləri öldürmək üçün istifadə olunur. Bu, Türkiyə rəhbərliyinin vasitəçilik xidmətləri göstərməyə hazır olması ilə bağlı bəyanatlarını nəzərə alsaq, çaşqınlıq yaratmamılıdır”, - nazir qeyd edib.

Seçilən
48
10
ucnoqta.az

10Mənbələr