Monrealda (Kanada) Ukrayna sülh planına dair konfransda birgə kommünike imzalanıb. Sənəddə İştirakçı dövlətlər rus işğalçıları tərəfindən əsir götürülmüş və deportasiya edilmiş bütün Ukrayna vətəndaşlarını geri qaytarmaq öhdəliyi götürdülər.
Bu barədə Ukrayna prezidentinin rəsmi internet saytı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Prezident Aparatı bildirib ki, konfrans iştirakçıları “humanitar məsələlərin həlli və Cenevrə Konvensiyalarına riayət olunmasını təmin etmək” məqsədilə Ukraynanın tərəfdaşları və beynəlxalq təşkilatlarla əməkdaşlığını gücləndirmək barədə razılığa gəliblər.
“Ən vacib məqamlardan biri Ukrayna hərbçilərinin, mülki şəxslərin və uşaqların evlərinə qaytarılması ilə bağlı Rusiya Federasiyası ilə danışıqlar aparmaq üçün etibarlı vasitəçi ölkələrin axtarışıdır”, - açıqlmada vurğulanıb.
Oxuməni.az