AZ

Lavrov: Türkiyə BRICS-in gələcək inkişafına mühüm töhfə verə bilər

Biz Türkiyənin BRİKS ilə yaxınlaşmada maraqlı olmasını alqışlayırıq.

“İki sahil” xəbər verir ki, bunu “Hürriyet” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Türkiyənin BRICS-in gələcək inkişafına mühüm töhfə verə biləcəyinə əminliyini ifadə edən nazir əlavə edib ki, Türkiyənin assosiasiyada iştirakının parametrləri konsensus əsasında və bütün BRİKS ölkələrinin və Türkiyənin özünün suveren seçiminə hörmətlə qəbul ediləcək.

Lavrov vurğulayıb ki, Rusiya Federasiyası qlobal çoxluq ölkələri ilə - ilk növbədə çoxtərəfli prinsiplərin möhkəmləndirilməsinə diqqəti bölüşən, suveren xarici siyasət yürüdən və birtərəfli sanksiyalara qoşulmayan ölkələrlə BRİKS əlaqələrinin genişləndirilməsinin tərəfdarıdır.

Xatırladaq ki, Rusiya Federasiyasının assosiasiyaya sədrliyinin əsas hadisəsi olan 16-cı BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
37
ikisahil.az

1Mənbələr