AZ

"Məqsədimizə nail olduq” - Maya Sandu referendumun nəticələrindən yazdı

Image

Moldova Prezidenti Maya Sandu Moldova vətəndaşlarının Avropa İttifaqına üzv olmaq qərarını alqışlayır və onları prezident seçkilərinin ikinci turunda fəal iştirak etməyə çağırır. Bu barədə Konstitusiya Məhkəməsi referendumun nəticələrini təsdiqləndikdən az sonra Maya Sandu öz “Facebook” səhifəsində yazıb. “Konstitusiya Məhkəməsi qərar verdi. Avropaya inteqrasiya konstitusiyaya daxil ediləcək! Biz birlikdə bu mübarizədə qalib gəldik və məqsədimizə nail olduq”.-Prezident yazır.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi oktyabrın 31-də Moldova Respublikasının Avropa İttifaqına daxil olması ilə bağlı respublika konstitusiya referendumunun nəticələrini təsdiqləyib.

Mətləb





Seçilən
47
baki-xeber.com

1Mənbələr