Bu gün Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu keçiriləcək.
İdman.biz xəbər verir ki, Bakıda baş tutacaq matçda NTD “Neftçi” ilə üz-üzə gələcək.
Mövsümə uğursuz start verən hər 2 komanda ilk qələbəsini qazanmaq üçün mübarizə apararacaq.
Qeyd edək ki, turun açılış matçında “Naxçıvan” “Sərhədçi”yə 83:66 hesabı ilə qalib gəlib. Sabah “Ordu” “Gəncə” ilə, “Quba” “Lənkəran”la qarşılaşacaq. Noyabrın 3-də isə “Şəki” “Sumqayıt”ı, “Abşeron” “Sabah”ı sınağa çəkəcək.
Azərbaycan Basketbol Liqası
III tur
1 noyabr
20:00. NTD – “Neftçi”
“Sərhədçi” İdman Mərkəzi
A qrupu
1 | Naxçıvan | 3 | 3 | 0 | 239-216 | 4 |
2 | Sabah | 2 | 2 | 0 | 173-126 | 4 |
3 | Sərhədçi | 3 | 1 | 2 | 198-233 | 3 |
4 | Abşeron | 2 | 1 | 1 | 145-148 | 3 |
5 | NTD | 2 | 0 | 2 | 139-147 | 2 |
6 | Neftçi | 2 | 0 | 2 | 154-177 | 2 |
İdman.biz