AZ

Konstitusiya Məhkəməsi Moldovanın Aİ-yə daxil olması ilə bağlı referendumun qanuniliyini tanıyıb

Moldova Respublikasının Konstitusiya Məhkəməsi ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendumun nəticələrini təsdiqləyib.

Moldova Konstitusiya Məhkəməsinin altı hakimi səs çoxluğu ilə referendumun etibarlı tanınması meyarlarına uyğunluğunu təsdiqləyib. Bu qərar ölkənin Avropapərəst prezidenti Maia Sandu-nun əsas məqsədi olan Konstitusiyanın dəyişdirilməsinə və Aİ-yə doğru kursun möhkəmlənməsinə yol açır.

Xatırladaq ki, oktyabrın 20-də Moldovada prezident seçdilər və ölkənin Avropa İttifaqına daxil olması barədə referendum keçirilib İlk turda ölkənin hazırkı prezidenti Maia Sandu qalib gəlib, referendum zamanı yalnız 50,35% ölkənin Aİ-yə inteqrasiyasını dəstəkləyib.

Noyabrın 3-də bazar günü keçiriləcək prezident seçkilərinin ikinci turunda Sandu rusiyayönlü namizəd Aleksandr Stoyanoqlo ilə qarşılaşacaq.

Oxuməni.az

Seçilən
21
oxumeni.az

1Mənbələr